Trump Ağ Evdə Ramazan bayramının qeyd olunma ənənəsini dayandırıb

Trump Ağ Evdə Ramazan bayramının qeyd olunma ənənəsini dayandırıb
27 İyun 2017
Mətni dəyiş
ABŞ Prezidenti Donald Trump Ağ Evin 20 ilə yaxındır davam edən Ramazan ayının sonunu qeyd edən nahara ev sahibliyi etmək ənənəsinə son verib.
Ağ Ev sabiq prezident Bill Clinton-un prezidentliyindən indiyədək hər il Ramazan ayının sonunu qeyd edən İd əl-Fitr bayramı üçün ziyafət təşkil edib.
Məlumatlara görə, ABŞ Dövlət Katibi Rex Tillerson ziyafət keçirilməsi üçün müraciəti rədd edib.
Reuters xəbər agentliyi cənab Tillersonun ona Dövlət Departamentinin din və qlobal məsələlər şöbəsinin Ramazan Bayramı üçün ziyafət təşkil etmə tövsiyəsini rədd etdiyini deyib.
Bundan əvvəl, cənab Trump prezident seçkiləri kampaniyası zamanı məscidlərin müşahidə edilməsi təklifi daxil olmaqla, anti-müsəlman ritorikasına görə tənqid edilib.
Lakin prezident dərc edilən bəyanatında deyib: "Amerika xalqının adından mən və Melania İd əl-Fitr bayramını qeyd edən müsəlmanlara isti salamlarımızı çatdırırıq."
"Müqəddəs Ramazan ayında ABŞ-dakı müsəlmanlar dünyadakı digər müsəlmanlarla birlikdə inam və xeyirxahlıq nümayiş edən fəaliyyətlərə diqqət yetiriblər. İndi isə onlar İd əl-Fitr bayramını dost və ailə ilə qeyd edərkən qonşulara kömək etmək və cürbəcür insanlarla birlikdə nahar etmək ənənəsini davam edirlər."
"Bu bayram bizə mərhəmətliyin, şəfqətin və xeyirxahlığın əhəmiyyətini xatırladır. ABŞ, dünyadakı müsəlmanlarla birlikdə bu dəyərlərə hörmətlə yanaşmaq öhdəliyini yeniləyir. Bayramınız mübarək olsun."
Cənab Tillerson isə qısa bəyanatla deyib ki, "İd əl-Fitr bayramını qeyd edən müsəlmanlara ən xoş arzularımı çatdırıram".
Former US President Barack Obama hosts the annual Iftar dinner celebrating the Muslim holy month of Ramadan in the East Room of the White House July 22, 2015Barack Obama daxil olmaqla, üç ABŞ prezidenti ardıcıl olaraq müsəlmanların müqəddəs Ramazan ayının sonunu qeyd edən nahara ev sahibliyi edib.
Ağ Ev ilk dəfə son İftar gününü 1805-ci ildə prezident Thomas Jefferson-un tunisli səfirə qonaqlıq verərkən qeyd edib.
1996-cı Hillary Clinton birinci ledi olan zaman bu ənənəni Ağ Evə qaytarıb.
1999-cu ildən etibarən ənənə illik olub və qonaqlar arasında mühüm ABŞ-lı müsəlmanlar, diplomatlar və deputatlar olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun