Trump ABŞ-Meksika neft kəməri layihəsini təsdiqlədi

Trump ABŞ-Meksika neft kəməri layihəsini təsdiqlədi
30 İyun 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Tramp Amerika ilə Meksika arasındakı yeni neft kəməri layihəsinin inşa edilməsini təsdiqləyib.
Söhbət "Yeni Burgos neft boru xətti" layihəsindən gedir.
Trampın sələfi Barak Obama bu layihənin həyata keçirilməsinə icazə vermirdi. Tramp isə layihənin inşa edilməsini təsdiqləyib. ABŞ prezidenti bildirib ki, yeni neft kəməri ABŞ-ın enerji ixracatını artıracaq.
Ağ Evin açıqlamasına əsasən ABŞ-Meksika arasında inşa edilməsi planlaşdırılan "Yeni Burgos Neft Boru Kəməri" üçün prezidentik icazə verib. Açıqlamaya əsasən Texas ştatının Penitas şəhərindən keçəcək olan kəmər bir gün ərzində 108 min barrel neft ötürəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun