2 İyun 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Paris iqlim sazişindən çıxdığını elan edib.
Ağ ev rəhbəri bunu mətbuat konfransında deyib.
"Biz Paris sazişindən çıxırıq, lakin Amerika biznesi, işçiləri, insanları və vergi ödəyiciləri üçün ədalətli şərtlər əsasında yenidən ya Paris sazişinə, ya da tamamilə başqa bir sövdələşməyə daxil olmaq üzrə danışıqlara başlayırıq", — deyə ABŞ prezidenti söyləyib.
Tramp qeyd edib ki, Birləşmiş Ştatların bundan sonrakı fəaliyyəti onların "ədalətli sözləşmə" imzalaya bilib-bilməyəcəklərindən asılı olacaq.