Symantec mütəxəssisləri "Petya" virusundan qorunmağın yolunu tapıblar

Symantec mütəxəssisləri "Petya" virusundan qorunmağın yolunu tapıblar
28 İyun 2017
Mətni dəyiş
Symantec mütəxəssisləri 27 iyun tarixində olan kiberhücum nəticəsində bütün dünya üzrə şirkətlərə yayılan "Petya" virusundan qorunmaq üçün tövsiyyələrini yayıblar.
Abzas.net xəbər verir ki, bunun üçün komputerin artıq virusa yoluxduğunun görüntüsünü yaratmaq lazımdır.
Hücum zamanı "Petya" C:\Windows\perfc faylını axtarır. Əgər bu fayl komputerdə artıq varsa, virus yoluxmadan öz işini yekunlaşdırır.
"Petya"dan qorunmaq məqsədilə belə fayl yaratmaq üçün adi "Bloknot"dan istifadə etmək olar. Bundan əlavə müxtəlif mənbələr ya perfc (genişlənməsiz) ya da perfc.dll faylları yaratmağı məsləhət görürlər. Mütəxəssislər, virus ona dəyişikliklər edə bilməsin deyə faylı yalnız oxumaq üçün əl çatan etməyi tövsiyyə edirlər.
FireEye ekspertləri hesab edir ki, başlanğıcda virusu ukrayna şirkətləri ilə, M.E.Doc buxalter proqramının yenilənməsi üzərindən yaya bilərdilər. Proqramın yaradacıları isə bunun belə olmadığını iddia edirlər. Qeyd edirlər ki, son yenilənmə istifadəçilərə 22 iyun tarixində, yəni hücumdan 5 gün əvvəl göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun