Şimali Koreyadan koma vəziyyətində qaytarılan amerikalı tələbə dünyasını dəyişib

Şimali Koreyadan koma vəziyyətində qaytarılan amerikalı tələbə dünyasını dəyişib
20 İyun 2017
Mətni dəyiş
Şimali Koreyada 17 həbsdə olduqdan sonra keçən həftə koma vəziyyətində ABŞ-a qaytarılan amerikalı tələbə Otto Warmbier Sinsinnatti xəstəxanasında dünyasını dəyişib.
Bu haqda onun ailəsinin açıqladığı bəyanatda bildirilir.
“Təəssüf ki, oğlumuzun Şimali Koreyada aldığı dəhşətli dərəcədə qəddar rəftar bizim bu gün gördüyümüz nəticədən başqa heç bir şeylə nəticələnə bilməzdi”, - Otto Warmbier-in ailəsinin bəyanatında bildirilir.
Varmbiyerin Ohayo ştatının Sinsinnatti tibb mərkəzində yerli vaxtla saat 2:20-də dünyasını dəyişdiyi bildirilir.
[caption id="attachment_37316" align="alignnone" width="1340"] Həkimlər Otto Warmbier-i Sinsinnatti xəstəxənasına aparmaq üçün onun gətirildiyi yük təyyarəsinə qalxan zaman[/caption]
Həkimlər 22 yaşlı Varmbiyerin Şimali Koreyada olduğu müddətdə ciddi beyin zədəsi aldığını bildirib. Lakin həkimlər buna nəyin səbəb olduğunu aydınlaşdıra bilməyib.
Otto Warmbier 2016-cı ildə Şimali Koreyada təbliğat posterini oğurlamaq cəhdi ilə əlaqədar 15 illik həbsə məhkum edilmişdi.
ABŞ dövlət katibi Rex Tillerson iyunun 13-də onun azad edilməsi ilə bağlı bəyanatla çıxış etmişdi.
ABŞ mediası onun vətənə koma vəziyyətində tibbi təxliyyə edildiyi haqda məlumat vermişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun