Sabah Bakıda 34 dərəcə isti olacağı gözlənilir

Sabah Bakıda 34 dərəcə isti olacağı gözlənilir
27 İyun 2017
Mətni dəyiş
Ekologiya və Təbii Sərvətlər nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanda sabaha olan hava proqnozunu açıqlayıb.
Abzas.net xəbər verir ki, iyunun 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq.
Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 22-27  dərəcə isti olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun