22 İyun 2017
Mətni dəyiş
BŞ Dövlət Departamenti Kremlin dövlət katibinin müavini Thomas Shannon və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov arasında danışıqları ləğv etmək qərarından “təəssüflənidiyini” bildirib.
Ryabkov iyunun 21-də Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını oxuyarkən deyib ki, danışıqların ləğv olunması Moskvanın ABŞ-ın iyunun 20-də Rusiyaya qarşı yeni sanksiyalar dövrəsini elan etməsinə cavabdır.
ABŞ-ın Moskva üzərinə onun Ukraynadakı fəaliyyətinə görə elan etdiyi genişləndiirlmiş sanksiyalar Rusiyada 38 fərdi və şirkəti hədəfləyir.
Ryabkov iyunun 21-də deyib ki, “hazırkı situasiya iyunun 23-də Sankt Peterburqda dialoq dövrəsinin keçirilməsi üçün uyğun deyildir”.
ABŞ Dövlət Departamentinin sözçüsü xanım Heather Nauert-in dediyinə görə Ryabkovun bu bəyanatı “Rusiyanın ABŞ-la münasibətlərə mane olan məqamların ikitərəfli dialoqda müzakirəsi imkanından imtinası kimi qiymətləndirilə bilər”.
Nauert deyib: “Gəlin bu sanksiyaların boş yerdən ortaya çıxmadığını xatırlayaq. Bizim hədəfli sanksiyalarımız Rusiyanın öz qonşusu Ukraynanın suverenliyi və ərazi bütövlüyünü davamlı şəkildə pozmasına görə qoyulub”.
Nauert deyib ki, Moskva sanksiyaların qaldırılmasını istəyirsə, nəyi etməli olduğunu yaxşı bilir.
Sözçü bildirib ki, Ukrayanaya qarşı təcavüzkar hərəkətlərə görə qoyulmuş sanksiyalar bu hərəkətlərdən əl çəkilənə qədər qüvvədə qalacaq.
Bundan əvvəl, iyunun 21-də Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, ABŞ-ın son sanksiyaları “konstruktiv deyil” və Moskva müxtəlif cavab tədbirlərini götür-qoy edir.