Qazaxıstan latın əlifbasına keçidi gecikdirməyəcək

Qazaxıstan latın əlifbasına keçidi gecikdirməyəcək
23 İyun 2017
Mətni dəyiş
Qazax dilinin latın əlifbasına keçidi prosesini gecikdirmək üçün heç bir səbəb yoxdur.
"Tengrinews.kz" portalı xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.
"Fərmanda son tarix kimi 2025-ci ili göstərmişəm, amma məncə, bu prosesi uzatmaq üçün heç bir səbəb yoxdur. Alimlərimiz əlifbanı Türkiyə, qonşularımız, artıq latın qrafikasına keçmiş Azərbaycan, Özbəkistan təcrübəsi əsasında hazırlaya bilər. Onların çatışmazlıqlarını nəzərə alaraq, öz əlifbamızı yaratmalıyıq. Bu, çətin olmayacaq. Çünki 1-ci sinifdən bütün uşaqlara ingilis dili tədris olunur, bizə çətin olmamalıdır", - Qazaxıstan prezidenti deyib.
Xatırladaq ki, Qazaxıstanda latın əlifbasına keçid prosesinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun