11 İyun 2017
Mətni dəyiş
Ukrayna prezidenti Petro Poroshenko ölkə vətəndaşları üçün Aİ ilə vizasız rejimin tətbiq edilməyə başlandığını təntənəli şəkildə elan edib.
Bu barədə Poroshenko sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, artıq Ukrayna üçün vizasız rejimin tətbiqinə başlanılıb: "Avropaya eşq olsun! Ukraynaya eşq olsun!”.
Ukrayna vətəndaşları biznes, turizm və ailə səyahətləri də daxil olmaqla 90 gün ərzində Şengen zonasında qala bilərlər. Sənəd iyunun 11-dən qüvvəyə minib.