Pakistanda benzin daşıyan maşın partlayıb, azı 140 nəfər həlak olub [Fotolar]

Pakistanda benzin daşıyan maşın partlayıb, azı 140 nəfər həlak olub [Fotolar]
26 İyun 2017
Mətni dəyiş
Pakistanın Şərqi Əhmədpur şəhərinin yaxınlığında benzin daşıyan yük maşınının alovlanması ən azı 140 nəfərin ölümünə səbəb olub, yerli rəsmilər deyib.
BBC-nin məlumatına görə, yanğından əvvəl qəzaya uğrayan yük maşının ətrafına sızan benzini yiğmağa cəhd edən izdiham toplanıb. Yanğından sonra onlarla insan xəstəxanaya yerləşdirilib.
Ehtimal olunur ki, yük maşını yolda dönərkən təkərlərinin biri partlayıb.
Təcili yardım xidmətlərinin əməkdaşları yanğının hadisə yerində kiminsə siqaret alışdırması ilə başlandığını ehtimal etdiklərini deyirlər.
Pakistanın yolları təhlükəliliyi ilə tanınır. Ölkədə ehtiyatsız sürücülük və avtomobillərin nadir hallarda təmir edilməsi bu problemi kəskinləşdirir.
Pakistan mediası hadisə yerində yanmış avtomobillər və cəsədlərin şəkillərini paylaşıb. Ölənlərin sayının artacağı gözlənilir.
Yanğında ən azı 6 maşın və 12 motosiklet məhv olub, Pakistanın Dawn qəzeti yazıb.
Yanğından aldıqları xəsarətlərə görə ölənlərin bəzilərinin şəxsiyyəti yalnız DNT testləri ilə müəyyən edilə bilər, xəbərlərdə deyilir.
'Polisin müraciətlərinə məhəl qoymayıblar'
Polis mənbələri dövlət xəbər agentliyi APP-ya yük maşınının Kəraçi şəhərindən Lahora 25 min litr benzin daşıdığını deyib.
Yük maşını Şərqi Əhmədpur şəhərindən 8 kilometr uzaqlıqda, Kaçi Pul ərazisində qəzaya uğrayıb, onlar qeyd edib.
"Yol üstü kəndlərdə yaşayanlar evdən qazanlarla hadisə yerinə benzin toplamağa qaçıblar və digər kəndlərdə yaşayan qohumlarıma zəng edərək onları da dərhan gəlib benzin yığmağa çağırıblar", mənbələr bildirib.
Polis insanları aşmış yük maşınından uzaqda saxlamağa cəhd etsə də, bunu edə bilməyib. Yük maşınından benzin yığanlar arasında qadınlar və uşaqlar da olub, polis mənbələri deyib.
"Qəflətən yük maşınında böyük bir yanğın başladı və ətrafda olan insanları sardı."
APP xəbər agentliyi təcili yardım xidmətlərinin xəsarət alanlar üçün xüsusi yanğın müayinə yerləri tapmaqda çətinlik çəkdiyini qeyd edib.
Bu səbəbdən yaralıların bəziləri 50 kilometr uzaqlıqda olan xəstəxanalara aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun