"Nissan" avtomobillərini geri çağırıb

"Nissan" avtomobillərini geri çağırıb
1 İyun 2017
Mətni dəyiş
"Nissan" şirkəti Rusiyada 42 mindən çox avtomobili geri çağırıb.
Qərar avtomobilin kuzovunun arxa şüşəsində qeydə alınan qüsurlarla əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin noyabrından 2015-ci ilin iyununadək Rusiyada satılmış "Almera" modellərinə şamil olunur.
Həmin avtomobillərdə arxa şüşənin kuzovdan aralanması kimi qüsurlar meydana çıxıb.
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun