Misir parlamenti Qırmızı Dənizdəki iki adanın Səudiyyə Ərəbistanına verilmə qərarını təsdiqləyib.
Abzas.net xəbər verir ki, bu barədə parlament sözcüsü Ali Abdelaal məlumat yayıb. O, açıqlamasında bildirib ki, Misirin Qırmızı dənizdə içində yaşayış olmayan Tiran və Sanafir adaları Səudiyyə Ərəbistanına verildi. Qərar prezident Sisi tərəfindən formal olaraq təsdiqlənəcək.
Keçən il Sisi höküməti Səudiyyə Ərəbistanı ilə bir razılaşma əldə edib və milyard dollarlıq yardımla təmin etmişdi. Qarşılığında Misir hökuməti iki adanın idarəetməsini Riyada verməyi qərara almışdı.
Qırmızı dənizadə strateji yerdə olan bu adaların S.Ərəbistana verilmə qərarı etirazla qarşılmışdı. Ardınca Səudiyyə kralı Salmanın Misirə səfəri zamanı milyard dollarlıq yardım paketini açıqlaması və imzalanan yeni dəniz sərhəddi razılaşmasıyla adaların təhvil verilməsi parlamentə göndərilmişdi.