Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb
30 İyun 2017
Mətni dəyiş
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb.
Abzas.net xəbər verir ki, parlamentin sədri Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxildir.
İclasda "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında" (2-ci oxunuş), “İşsizlikdən sığorta haqqında” qanun layihələri (2-ci oxunuş) müzakirəyə çıxarılacaq.
Bundan başqa, "Azərbaycan Respublikasnın 2017-ci il dövlət büdcəsi haqqında", Su Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, “İcra haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Reklam haqqında”, “Dövlət rüsumu haqqında", “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və.s qanunlara edilən əlavə dəyişikliklərə də baxılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun