16 İyun 2017
Mətni dəyiş
Vəkil Elçin Sadıqov həbsdə olan bloger Mehman Hüseynovla görüşüb. Bu barədə vəkil özü məlumat yayıb.
Onun sözlərinə görə, Mehman Hüseynovun saxlanılma şəraitindən narazılığı yoxdur. Sadəcə əməliyyat olunmasını istəyir: "Mehman bildirdi ki, ağrıları kəskinləşib, ciddi hal alıb".
Vəkil ölkədə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin də Mehman Hüseynova baş çəkdiklərini deyib:
"Bloqqer həbsinin detalları və əsassızlığı barəsində həmməruzəçilərə məlumat verib. Bundan başqa, o, artıq şəxsiyyət vəsiqəsi ilə təmin olunub”.
Elçin Sadıqov Mehman Hüseynovun əməliyyat olunması üçün müraciət edəcəklərini bildirib.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.