Londonun şimalında yerləşən məscidin yaxınlığında bir nəfərin avtofurqonu piyadaların üstünə sürməsi nəticəsində bir nəfər həlak olub, on nəfər yaralanıb.
Avtofurqon Finsbury Park Məscidinin yaxınlığında gecə yarısından sonra səkiyə daxil olaraq bir qrup adamı vurub. Hadisə ilə əlaqədar 48 yaşlı kişi həbs edilib.
Baş Nazir Theresa May bildirib ki, polis hadisəni "potensial terror aktı kimi" dəyərləndirir.
[caption id="" align="alignnone" width="976"]
Müsəlman kişilər avtofurqon hücumundan sonra küçədə ibadət edirlər[/caption]
Britaniya Müsəlman Şurası (MCB) deyib ki, avtofurqon bilərəkdən dindarları vurub.
Hadisə şahidi Abdul Rahman-ın təbirincə, sürücü "bütün müsəlmanları öldürmək istədiyini" deyirdi.
Abdul Rahman deyib ki, o, hücum edən kişini vurub və onu tutmağa kömək edib.
"Həmin kişi, "Müsəlmanları öldürmək istəyirəm" sözlərini deyərək, maşınından çıxıb və qaçmaq istəyib", - Abdul Rahman bildirib.
"Mən onu qarnından vurdum….sonra mən və başqaları... biz onu yerə yıxıb qaçmağa qoymadıq. Biz onu polis gələnə qədər saxladıq", - Abdul Rahman deyib.
Terrorizmlə mübarizə əməkdaşları hadisə yerindədir, paytaxt polisi bildirib.
Ehtimal edilir ki, zərərçəkənlərin çoxu Müsəlman Rifah Evində Ramazan orucunu açıdıqdan sonra axşam namazından çıxırmış.
Britaniya Müsəlman Şurası hadisəni "islamofobiyanın zorakı təzahürü" adlandırıb və məscidlərin ətrafında əlavə təhlükəsizlik tədbirlərinin görülməsi üçün çağırış edib.
Baş nazir daha sonra fövqəladə iclasa sədrlik edəcək. O hücumu "dəhşətli hadisə" kimi qiymətləndirib.
London Meri Sadiq Khan bildirib ki, icmaları sakitləşdirmək üçün əlavə polis cəlb edilib.
O, həmçinin insanlardan "sakit və sayıq olmağı" istəyib.
"Bu xüsusi bir icmaya hücum kimi görünsə də, Mançester, Vestminster və London Körpüsünə dəhşətli hücumlar kimi tolerantlıq, azadlıq və hörmət kimi bütün ortaq dəyərlərə hücumdur", o əlavə edib.
Avtofurqon sürücüsü hadisə yerində Britaniya yay vaxtilə saat 00:20-də ictimaiyyət nümayəndələri tərəfindən saxlanıldıqdan sonra həbs olunub.