London hücumunu törədənlərin kimlikləri müəyyən edilib
6 İyun 2017
Mətni dəyiş
Britaniyanın baş naziri Tereza Mey polisin şənbə günü Londonda yeddi adamın ölümü, 50-dən artıq insanın yaralanması ilə nəticələnmiş hücumu törədən üç şəxsin kimliyini müəyyən etdiyini bildirib.
Tereza Meyin bildirdyinə görə, onların adları "təhqiqatın gedişi imkan verən zaman" açıqlanacaq. Hazırkı vaxt hücumla əlaqədar 11 nəfər nəzarət altına alınıb.
Tereza Mey həmçinin deyib ki, polis hadisə qurbanlarının hamısının şəxsiyyətini hələ müəyyən etməyib, lakin ölənlər arasında bir neçə ölkə vətəndaşının olduğu haqda məlumat verilib.
[caption id="" align="alignnone" width="650"] Britaniyanın baş naziri Tereza Mey[/caption]
"Bu Londona və Birləşmiş Krallığa qarşı hücum, amma eyni zamanda, bütün azad dünyaya qarşı bir hücum idi", Britaniya baş naziri bildirib.
London polisi bazar ertəsi bir sıra reydlər keçirib və şəhərin bir neçə yerində axtarışlar zamanı bir neçə adamı saxlayıb.
Londonun meri Sadiq Xan bazar ertəsi günü açıqladığı bəyanatda polisə öz həyatlarını risk qarşısında qoyaraq, "təhlükəyə doğru qaçdığına görə" təşəkkürünü bildirib.
"Hamımız polis və təcili yardım xidmətinə fövqəladə işinə görə ehtiramımızı bildiririk. Onların tez zamanda reaksiya göstərməsi nəticəsində həyatını itirən insanların sayı daha az olub", o bildirib.
Polisin şənbə günü bildirdiyinə görə, London Körpüsündə maşını insanların üzərinə sürməklə törədilmiş hücumda üç nəfər iştirak edib. Onlar daha sonra maşından çıxaraq, insanlara bıçaqla hücum edib. Polis bundan sonra hadisə yerində hücumçuları güllə ilə vurub öldürüb.
İslam Dövləti qrupu Amaq xəbər agentliyinin veb səhifəsi vasitəsilə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Şənbə günü Londonda törədilmiş hücum Britaniyada mart ayından bəri üçüncü terror hücumudur. Bundan öncə Vestminister Körpüsündə və iki həftə öncə Mançesterdə hücumlar onlarla adamın ölümünə və yaralanmasına səbəb olmuşdu.