1 İyun 2017
Mətni dəyiş
ABŞ-ın prezident postuna keçmiş namizəd Hillari Klinton dövlət başçısı seçkilərində məğlubiyyətinin bir neçə səbəbini sadalayıb.
Bu barədə "The Hill" nəşri yazıb.
"Mən qalib gələcəyimlə bağlı yayılan ehtimalların qurbanı oldum", — deyə o, Kaliforniyada keçirilən konfransda bildirib.
Klinton qeyd edib ki, Demokratlar Partiyası o, namizədliyini irəli sürən zaman müflis olma astanasında idi. Eyni zamanda, onun sözlərinə görə, Respublikaçılar Partiyası müxtəlif siyasi layihələrə sərmayə yatırmaqda daha uğurlu idi.
Bundan əlavə, Klinton bəyan edib ki, Federal Araşdırmalar Bürosunun sabiq direktoru Ceyms Komi oğurlanmış məktublarla bağlı məmnuniyyətlə bəyanatlar verib, lakin Tramp komandası ilə Moskva arasında olan sözləşmənin araşdırılmasına diqqət ayırmayıb.
Klinton, həmçinin KİV-i dəqiqləşdirilməmiş məlumatlar yaymaqda ittiham edib. Sabiq dövlət katibi, o cümlədən qeyd edib ki, bir çox seçicilərdə Birləşmiş Ştatlarda qadının heç vaxt prezident olmadığı ilə bağlı standart fikir formalaşıb.
ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrında keçirilib və Respublikaçılar Partiyasından namizəd Donald Trampın qələbəsi ilə yekunlaşıb.