7 İyun 2017
Mətni dəyiş
Bu gün İran parlamentinin binasında atışma baş verdiyi və azı bir gözətçinin yaralandığı bildirildi.
Dəqiqələr sonra məlum oldu ki, eyni vaxtda hücum - intiharçı bomba - çağdaş İranın banisi Xomeyninin məqbərəsinə hücum edilib.
Parlamentdə atışma bir neçə saat davam etdi. Həmin vaxt deputatlar sessiyanı davam etdiriblər.
Sosial mediada girovların götürüldüyü deyilsə də, bu məlumatlar rəsmiləri tərəfindən təkzib edilib.
Xüsusi qüvvələr parlamentinin binasında bütün məlum dörd hücumçunu öldürüb.
Məqbərədə isə üç şübhəli həbs edilib, bir qadın intiharçı isə özünü partladıb.
Hücumlar nəticədə azı 12 nəfər ölüb və çoxlu sayda yaralı var.