3 İyun 2017
Mətni dəyiş
Beynəlxalq Atom Enerjisi Agentliyinin qiymətləndirməsində deyilir ki, İran özünün nüvə proqramına dair dünya gücləri ilə 2015-ci ildə imzladığı sazişin şərtlərinə əməl edir.
Xəbər agentliklərinin BMT-nin atom gözətçisinin qiymətləndirməsinə əsasən iyunun 2-də verdiyi məlumata görə İranın aşağı zənginlikli uran ehtiyatının həcmi sazişdə nəzərdə tutulan həddən azdır.
Aşağı zənginlikli urandan dinc məqsədlərlə istifadə olunur, lakin bu həddən yuxarı zənginləşdirilmiş urandan nüvə silahının yaradılmasında istifadə oluna bilər.
Beynəlxalq Atom Enerjisi Agentliyi habelə bildirib ki, İranın silahlarda istifadə oluna bilən plutoniumu istehsal edən reaktorları üçün nəzərdə tutulmuş ağır suyun həcmi 128, 2 tondur. BMT İrana ağır su üçün 130 ton limitini qoyub.
Bu da xəvbər verirlir ki, Tehran bu limiti iki dəfə aşaraq Birləşmiş Ştatların tənqidi ilə üzləşib.
Hesabatdan bu da məlum olur ki, İran ağır su istehsal edən zavoddakı fəaliyyətini məhdudlaşdırıb.
Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya, Çin və Rusiya ilə İran arasında imzalanmış saziş Tehranın nüvə fəaliyyəti üzərinə limit qoyur. İran üzərindəki bütün sanksiyaların qaldırılması Tehranın bu limitə əməl etməsindən asılı olacaq.
Bu yaxınlarda ABŞ Dövlət Departamenti də İranın sanksiyalardan azad müddətinin vaxtını daha 6 ay uzadıb.