Hadı Rəcəbli: "Bizim insanlar qənaətçiliyi ayıb sayırlar"

Hadı Rəcəbli: "Bizim insanlar qənaətçiliyi ayıb sayırlar"
6 İyun 2017
Mətni dəyiş
"Azərbaycan əmək ehtiyatları çox olan ölkədir. Biz əmək tutumlu iş yerləri yaratmaq haqqında fikirləşirik".
Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "Gənclər daha yaxşı gələcək uğrunda" kampaniyasının yekun konfransında deyib.
Deputat Azərbaycanda istehlak mədəniyyəti ilə bağlı problemə də toxunub: "Avropa ölkələrində işığı söndürmədən otaqdan çıxanı görməzsən. Bizdə isə bu məsələ hələ də sovet psixologiyası ilə idarə olunur. Bizim insanlar qənaət etmək istəmirlər, qənaətçiliyi ayıb sayırlar. Bütün bunlar bizi düşündürməlidir və gənclərimizə də bu keyfiyyətləri aşılamalıyıq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun