Gəncədə istintaq təcridxanasında məhbusun intihar etdiyi deyilir

Gəncədə istintaq təcridxanasında məhbusun intihar etdiyi deyilir
12 İyun 2017
Mətni dəyiş
Gəncədə yerləşən Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında intihar hadisəsinin baş verdiyi deyilir.
Bu barədə APA xəbər yayıb. Məlumata görə, Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Şükürov Ruslan Nurəddin oğlu təcridxanada özünü asaraq intihar edib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.
Ruslan Şükürov Cinayət Məcəlləsinin 150.3.3 (Seksual xarakterli zorakılıq) maddəsi ilə 13 il 6 ay azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun