Fransa parlament seçkiləri: prezidentin partiyası çoxluğu qazandı

Fransa parlament seçkiləri: prezidentin partiyası çoxluğu qazandı
20 İyun 2017
Mətni dəyiş
Fransa prezidenti Emmanuel Macron-un mərkəzçi partiyası parlamentin aşağı palatasında təmiz çoxluğu qazanıb. İyunun 18-də səsvermənin ikinci turu keçirilib. Bu barədə AzadlıqRadiosu məlumat verib.
Artıq bülletenlərin, demək olar, hamısı sayılıb. Macron-un "İrəli, Respublika" Partiyası müttəfiqləriylə birlikdə 577 yerlik Milli Assambleyada 351 yeri qazanıb. Proqnozlar onun 400-dən çox yer əldə edəcəyini göstərirdi.
Müxalifət
41-dək yeri Macron-un müttəfiqi olan mərkəzçi Demokratik Hərəkat qazanıb. Bu hərəkat ədliyyə naziri Francois Bayrou-ya məxsusdur.
Mühafizəkar Respublika Partiyasının rəhbəri Francois Baroin Macron-a "uğurlar" arzulayıb, ancaq onu da deyib ki, partiyası parlamentdə əsas müxalifət qüvvəsidir. Sağ mərkəzçi blok 126 yer qazanmaqla ikinci yeri tutub.
39 yaşlı Macron-un müttəfiqləri partiyanın böyük qələbəsini qeyd etməkdədirlər.
"Bu səsverməylə fransızların böyük əksəriyyəti qəzəbi deyil, ümidi seçdilər. Bu, Fransadan ötrü bir imkandır. Bir il öncə heç kəs belə bir siyasi yeniliyi ağlına gətirməzdi", – baş nazir Edouard Philippe deyib.
Qadınlar
Philippe böyük islahatlar üzərində tam qətiyyətlə işləyəcəklərini bildirib. İslahatlara ölkənin sərt əmək qaydalarının yüngülləşdirilməsi, pensiya sistemində islahatlar da daxildir.
Parlamentin ilk sessiyası iyunun 27-də başlanır. Qeyd edək ki, Macron-in partiyasından namizədlərin yarıdan çoxunun siyasi təcrübəsi yoxdur.
Bu dəfə parlamentdə rekord sayda – 156 qadın deputatın təmsil olunacağı gözlənir.
"İrəli, Respublika" partiyasının sədri vəzifəsini icra edən Catherine Barbaroux qadınların parlamentdəki payının artmasını alqışlayıb.
"Beşinci Respublikanın tarixində ilk dəfə olaraq, Milli Assambleya dərindən yenilənəcək, rəngarəng və daha gənc olacaq", – o deyib.
Le Pen parlamentdə
[caption id="attachment_32579" align="alignnone" width="700"] Marine Le Pen[/caption]
Ancaq ifrat sağçılar və radikal solçular seçici fəallığının 42 faiz olmasının Macron-un siyasi mandatına kölgə saldığını iddia edirlər.
7 may seçkisində Macron-a uduzmuş radikal sağçı Marine Le Pen ilk dəfə parlamentə keçə bilib. O, Fransanın şimalındakı Enen-Bomon kommunasında səslərin 58 faizini qazanıb.
Le Pen "Milli Cəbhə" Partiyasından parlamentə keçmiş azı 7 deputata liderlik edəcək, ancaq onlar qanunverici orqanda blok yarada bilməyəcəklər.
Macron-dan öncə hakimiyyətdə olmuş Sosialist Partiyası parlamentdə cəmi 28 yer qazana bilib. Bu, müharibədən sonrakı dövrdə ən aşağı hədd sayılır. Öncəki assambleyada partiyanın 280 yeri vardı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun