26 İyun 2017
Mətni dəyiş
Bakıda "Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar bağlanan mərkəzi küçələrin fəaliyyəti bugün axşam saatlarında bərpa ediləcək.
Abzas.net xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hazırda həmin küçələrdə quraşdırılmış avadanlıqlar yığışdırılır: "Axşam saatlarından mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün açılacaq”.
"Formula 1" yarışları ilə əlaqədar iyunun 19-dan Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti və bu istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.