25 İyun 2017
Mətni dəyiş
Türkiyə prezidenti Recep Rayyip Erdoğanın Vaşinqtonda dava salan mühafizəçiləri Almaniyaya buraxılmaya bilər.
Bu haqda Welt am Sonntag qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, 7-8 iyulda Almaniyanın Hamburq şəhərində keçiriləcək G-20 sammitinə qatılacaq Erdoğanı Vaşinqton səfəri zamanı mühafizə edən şəxslər mühfizə etməyəcək.
Buna səbəb, Erdoğanın Vaşinqton səfəri zamanı həmin mühafizəçilərin bir qrup nümayişçiyə zor tətbiq etməsidir.
Almaniya Xarici İşlər Nazirliyinin ABŞ tərəfindən haqlarında tutma qərarı olan həmin şəxslərin ölkəyə buraxılmayacağını Türk hökumətinə çatdırıldığı da məqalədə qeyd olunur.