Dövlət Departamenti: “Rusiya Monteneqroda çevriliş törətməyi planlaşdırıb”

Dövlət Departamenti: “Rusiya Monteneqroda çevriliş törətməyi planlaşdırıb”
7 İyun 2017
Mətni dəyiş
Rusiya Monteneqroda çevriliş törətməyi planlaşdırıbmış, bu barədə ölənin NATO üzrə tərəfdaşları məlumatlandırılıb. Bəyanatı ABŞ dövlət katibinin köməkçisi vəzifəsini müvəqqəti icra edən Con Xeffern səsləndirib.     
 “Ötən il Monteneqroya bir qrup rusiyalı casus toplaşmışdı və ölkə rəhbərliyi bizi hazırlanan dövlət çevrilişi barədə məlumatlandırmışdı. Rusiyalı casuslar Monteneqroda seçkiləri pozmaq məqsədi ilə müxtəlif mexanizmlərdən istifadə ediblər”, - deyə Con Xeffern bildirib.
Qeyd edək ki,  Monteneqro iyunun 5-də NATO-nun tamhüquqlu üzvü olub. Bundan əvvəl Monteneqro XİN rəhbəri Secan Darmanoviç  bildirib ki, hökumət Alyansa qoşulmaq niyyətində olduğu üçün Rusiya ölkənin daxili işlərinə güclü müdaxilə edib. Rusiya tərəfi bu ittihamları rədd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun