24 İyun 2017
Mətni dəyiş
Çinin Sıçuan əyalətində torpaq sürüşməsi nəticəsində 140-dən çox adamın dağıntılar altında qaldığı güman edilir, dövlət mediası bildirir.
Maosian rayonundakı kəndlərdən birində 40-dək ev tamamilə məhv olunub.
Hadisə erkən çağlarında baş verib.
Xilasetmə qrupları torpaq altında qalanları axtarır.
AFP agentliyi 3 nəfərin xilas edildiyini bildirib. Onlardan biri uşaqdır.
Hakimiyyət bildirir ki, torpaq sürüşməsinə səbəb aramsız yağışlar olub.
"Burada bir neçə ton süxur kütləsi var, - polis kapitanı Chen Tiebo yerli CCTV kanalına bildirib. - Bura seysmik fəal bölgədir".
Şənbə günü təbii fəlakət zonasına aparan yollar yalnız fövqəladə xidmətlər tərəfindən istifadə olunur.
Əraziyə ağır texnika cəlb edilib.