3 İyun 2017
Mətni dəyiş
BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.
Təhlükəsizlik Şurasının üzvləri ABŞ tərəfindən hazırlanan qətnaməni yekdilliklə dəstəkləyiblər.
Qərarla Şimali Koreyanın iqtisadi sanksiyalara məruz qalacaq təşkilatlarının və nümayəndələrinin siyahısı genişləndirilib.
Mayın 29-da Şimali Koreya növbəti raket sınağı keçirib. 450 kilometr məsafə qət edən raket Yapon dənizinə düşüb.