Bir neçə gün bəzi yerlərdə qaz olmayacaq

Bir neçə gün bəzi yerlərdə qaz olmayacaq
3 İyun 2017
Mətni dəyiş
İyunun 4-dən 6-na kimi Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilməsində məhdudiyyətlər olacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, məhdudiyyət “Qaz İxrac” İdarəsinin balansında olan “Astara-Qazıməmməd” və “Qaradağ-Şimal DRES” magistral qaz kəmərləri üzərində tənzimləyici qurğuların quraşdırılması, qaz sızmalarının ləğvi, cari təmir işləri ilə əlaqədardır.
"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli davranmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun