14 İyun 2017
Mətni dəyiş
Belarus ehtiyat valyuta kimi Rusiya rublundan imtina edəcək. Bu barədə Belarus Milli Bankı-nın rəsmi saytı məlumat verir.
Məlumatda deyilir ki, artıq iyulun 1-dən Belarusun qızıl-valyuta ehtiyatları, beynəlxlaq aktivlərin həcmi ilə ifadə olunacaq.
AzadlıqRadiosunun məlumatına görə, Belarusda milli standartlara, rusiya rublundan başqa, ehtiyatlar sırasında yer alan qiymətli daşlar və metallar da daxildir.
Son vaxtlar Belarusla Rusiya arasında münasibətlərin soyuqlaşdığı müşahidə olunur.
Belarus prezidenti Aleksandr Lukashenka Moskvanı dolayısı ilə keçmiş Sovet Respublikaları ilə ticarətdə hökmüranlığa cəhddə günahlandırıb.
O, bu il aprelin 21-də parlamentdə çıxışında Avrasiya İqtisadi Birliyi ölkələri arasında bərabər və qarşılıqlı əlaqlər qurmağın çətin olduğunu deyib.
Lukashenko bildirib ki, Avrasiya İqtisadi Birliyində ticarət dövriyyəsinin azalamasına himayədarlıq səbəb olub.
Avrasiya İqtisadi Birliyinə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. Qurumun şurası isə bu günlərdə Bişkek sammitində Moldovaya birlikdə müşahidəçi statusu verilməsini qərara alıb.