19 İyun 2017
Mətni dəyiş
Avropa Birliyi (AB), Krım və Sivastopolun ilhaqına görə, Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini bir il uzadıb.
AB Şurasından edilən yazılı açıqlamada, AB-nin, Rusiyanın Krım və Sivastopolu qeyri-qanuni ilhaqı üçün tətbiq etməkdə olduğu demarkasiya tədbirlərinin 23 İyun 2018-ci ilə qədər uzadıldığı bildirilib.
Uzadılan sanksiyalarla AB vətəndaşları və şirkətlərinin Krım və Sivastopol bölgələrindəki fəaliyyətləri məhdudlaşdırılır.
AB-yə Krım və Sivastopoldan məhsul idxalına icazə verilmir. Heç bir AB vətəndaşı və ya AB şirkəti, Krım və Sivastopoldan əmlak ala bilməz. Bu bölgələrdəki şirkətlərə kredit verilmir. Avropanın turist sərnişin gəmiləri Krım və Sivastopoldaki limanlara təcili vəziyyətlər xaricində yan almırlar.
Rusiya, 18 Mart 2014-cü il tarixində Krım Muxtar Respublikası və Sivastopol şəhərini qeyri-qanuni şəkildə ilhaq etmişdi.
Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqində çıxan hadisələrdən sonra AB, ABŞ və digər ölkələr, Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyə başlamışdı.