Alman mətbuatı deputatların MİT tərəfindən izlənildiyini iddia edir

Alman mətbuatı deputatların MİT tərəfindən izlənildiyini iddia edir
28 İyun 2017
Mətni dəyiş
Almaniyanın Die Welt qəzeti bəzi alman vəkillərin Türkiyənin Milli İstikbarat Təşkilatı tərəfindən izlənildiyini iddia edib.
Abzas.net CNN Türk-ə istinadən xəbər verir ki, qəzet MİT-in xüsusilə Almaniya Federal Parlamentin işçilərinə və Xarici və Müdafiə Komissiyalarının üzvlərinə aid bilgilər toplayır.
Federal Kriminal Polis İdarəsinin (BKA) keçən günlərdə bir çox deputatın "təhlükəsizlik" məsələsi ilə bağlı toplantı təşkil etdiyini bildirən qəzet, iclasda MİT-in alman vəkillərlə bağlı informasiya topladığını bildirildiyini də qeyd edib.
BKA güvənlik toplantısını doğrulasa da, "Die Welt"in sualına cavab olaraq verdiyi açıqlamada türk kəşfiyyatından bəhs etməyib. Açıqlamada təhlükəsizlik görüşündə deputatlara "xarici kəşfiyyat qurumlarının ola biləcək fəaliyyətləri ilə bağlı" məlumat verildiyi qeyd edilib.
Mart ayında da MİT-ə qarşı casusluq iddiaları gündəmə gəlmişdi. O zaman MİT-in Gülən tərəfdarlarını izlədiyi iddia olunmuş, Federal Prokurluq isə bununla bağlı araşdırma başlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun