Ağ Ev Rusiyadan alınmış diplomatik iqamətgahları geri qaytara bilər

Ağ Ev Rusiyadan alınmış diplomatik iqamətgahları geri qaytara bilər
3 İyun 2017
Mətni dəyiş
Tramp administrasiyası ötən il Rusiyadan alınmış iki diplomatik iqamətgahın geri qaytarılmasını nəzərdən keçirir.
Həmin iqamətgahlar sabiq Prezident Barak Obamanın göstərişinə əsasən Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə cavab olaraq ruslardan alınmışdı.
İqamətgahlardan biri Nyu York, digəri isə Merilend ştatında yerləşir. Obama administrasiyası bu iqamətgahlardan ABŞ-da espionaj məqsədilə istifadə edildiyinə inanırdı. Onun göstərişinə əsasən 29 dekabrda ruslar bu iqamətgahlardan çıxarılmışdı.
Washington Post qəzetinin yazdığına görə hazırda Prezident Donald Tramp Rusiyadan müəyyən güzəştlə müqabilində bu iqamətgahların təhvil verilməsini nəzərdən keçirir.
Adları çəkilməyən nmənbələrə əsasən Tramp adminstrasiyası rəsmiləri Moskva ilə danışıqlarda Rusiyanın Sankt-Peterburqda ABŞ konsulluğu inşa etməsinə qoyduğu moratoriumun qaldırılmasını və Rusiyanın ABŞ diplomatlarına qarşı rəftarını yaxşılaşdırmağı tələb edir.
[caption id="" align="alignnone" width="650"]Rus diplomatlar Nyu Yorkdakı iqamətgahı tərk edir. 30 dekabr, 2016. Rus diplomatlar Nyu Yorkdakı iqamətgahı tərk edir. 30 dekabr, 2016.[/caption]
Danışıqların hələ ki, erkən mərhələdə olduğu deyilir. Bununla belə ABŞ Dövlət katibi Reks Tillersonun baş müşaviri R.C. Hammond Posta ABŞ-la Rusiya arasında heç bir razılğın əldə olunmadığnı bildirib.
Kreml müşaviri Yuri Uşakov bəyan edib ki, əgər ABŞ tərəfi “öz yanaşmasında düzəlişlər etməsə”, onda Rusiya bu iqamətgahları hüquqi yolla geri qaytarmağa cəhd edə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun