Sinan Narin Virciniya ştatında, Eyub Yıldırım isə Nyu Cersi ştatında nəzarət altına alınıb. Bu barədə Amerikanın Səsi məlumat yayıb.
Prezident Rəcəp Tayyip Ərdoğanın keçən ay Vaşinqton səfəri zamanı Türkiyə səfirliyi önündə keçirilən aksiyada etirazçılara tədbiq edilən zorakılığa görə iki türk amerikalı həbs edilib.
Hadisə yerindən çəkilən video Ərdoğanın təhlükəsizlik xidməti və dəstəkçilərinin etirazçılardan ibarət kiçik qrupa hücum çəkməsini nümayiş etdirir. Kadrlarda qara kostyumlu kişilərin yerdə uzanmış etirazçılara qarşı qəddarlığı da aydın görünür.
Polisin müdaxiləsinə baxmayaraq, kostyumlu kişilər etirazçıların arxasınca parka tərəf qaçmış və hücumlarına davam etmişlər.
Vaşinqtonun polis rəsmilərinin qısa bəyanatında bildilir ki, aksiya zamanı zorakılıq etmiş Sinan Narin Virciniya ştatında, Eyub Yıldırım isə Nyu Cersi ştatında həbs edilib. Həmin şəxslərin Ərdoğanın dəstəkçiləri, və ya etirazçılar olduğu aydın deyil.
Keçən aykı hadisədən dərhal sonra Türkiyə səfirliyi prezidentin mühafizəçilərinin “özlərini müdafiə etdiyini” və etirazçıların PKK ilə əlaqəli olduğunu bəyan etmişdi.