ABŞ-da daha bir məhkəmə prezidentin fərmanının əleyhinə qərar çıxarıb

ABŞ-da daha bir məhkəmə prezidentin fərmanının əleyhinə qərar çıxarıb
13 İyun 2017
Mətni dəyiş
Daha bir ABŞ məhkəməsi prezident Donald Trump-ın miqrasiya siyasətini sərtləşdirən fərmanının əleyhinə qərar çıxarıb. Bu barədə "New York Times” məlumat verib.
Qərar San-Fransisko şəhərinin məhkəməsi tərəfindən çıxarılıb. Bundan əvvəl analoji qərarı Riçmond şəhər (Virciniya ştatı) məhkəməsi çıxarıb. Ağ Ev qərarları Ali Məhkəmənin mühakiməsinə çıxaracaq.
Martın 6-da ABŞ prezidenti Donald Trump miqrasiya ilə bağlı  fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti  İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub.
Martın 16-da ABŞ-ın Havay ştatı  məhkəməsi prezident Donald Trump-ın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Havay məhkəmə vasitəsilə Trump-ın fərmanını ləğv etməyə cəhd edən ilk ştat olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun