ABŞ Çin şirkətini Şimali Koreyanın çirkli pullarının yuyulmasında günahlandırır

ABŞ Çin şirkətini Şimali Koreyanın çirkli pullarının yuyulmasında günahlandırır
17 İyun 2017
Mətni dəyiş
Birləşmiş Ştatlar Çin şirkətini ABŞ-ın maliyyə təsisatlarından istifadə edərək Şimali Koreya bankının çirkli pullarını yumasında günahlandırır.
ABŞ rəsmiləri məhkəməyə şikayət edərək Minzenq Beynəlxaq Ticarət şirkətinin qanunsuz olaraq Şimali Koreyaya məxsus Xarici Ticarət Bankına köçürdüyü 1.9 milyon dolların müsadirə olunmasını tələb edib.
Şimali Koreyanın nüvə silahını inkişaf etdirdiyinə görə tətbiq olunan sanksiyalara əsasən ABŞ maliyyə institutları ilə Şimali Koreya bankları arasında ticarət əlaqələri qadağandır.
Birləşmiş Ştatların Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu məhkəmə şikayəti “müsadirə olunan ən böyük Şimali Koreya vəsaitləri” olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun