1 İyun 2017
Mətni dəyiş
"Kanal-13" kanalının rəhbəri Əziz Orucov barəsində cinayət işi başlanılıb.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, Ə.Orucovun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308-ci (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddəsi ilə istintaq aparılır.
E.Sadıqovun sözlərinə görə, indiki cinayət işi 2014-cü ildə QHT-lərə qarşı qaldırılan cinayət işindən ayrıdır.
“Əziz Orucova qarşı qaldırılan cinayət işi "Kanal-13"ün fəaliyyəti və "Qafqaz Media Təhqiqatları Mərkəzi" İctimai Birliyinin fəaliyyətinə görə irəli sürülüb” – vəkil bildirib.
Nəsimi Rayon Məhkəməsinə Əziz Orucov haqda 4 aylıq həbs-qətimkan tədbnirinin seçilməsi barədə vəsatət verilib.
E.Sadıqov qərardan apelyasiya şikayəti verəcəklərini, şikayəit təmin olunmadığı təqdirdə həbsin ev dustaqlığı və ya girovla əvəz olunması barədə vəsatət qaldıracaqlarını bildirib.
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən ay Bakının Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. O İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb.
“Kanal 13” internet televiziyası 2008-ci il oktyabrın 10-dan canlı yayımlanır.