Ərəb dövlətləri Qətəri sıxır, Türkiyə müttəfiqinə qoşun göndərir
10 İyun 2017
Mətni dəyiş
Qətəri təcrid etmiş ərəb dövlətləri həmin ölkənin üzərinə əlavə təzyiq qoymaqda davam edirlər. Qonşu ölkələrin Qətər rəsmilərini terrorizmlə bağlı qara siyahıya saldıqları bir zamanda, Qətərin müttəfiqi Türkiyə həmin ölkəyə, əsgəri qüvvə, gəmi və təyyarə göndərməyə tələsir.
Cırtdan, lakin varlı Qətərlə ərəb millətləri arasında gərginliklər Səudiyyə Ərəbistanı və Misirin onu qeyri-stabilliyə yardımçı olmaqda ittiham etməsindən sonra artıb. Bu ixtilaf hər iki tərəflə yaxın münasibətlər saxlayan Amerika Birləşmiş Ştatları üçün xüsusi dilemma yaradıb.
Böhranın eskalasiyasının son əlamətlərindən biri olaraq Qətərə məxsusu Əl Cəziə peyk tlekanlı öz kompüter sistemlərinin kiber hücumlara məruz qaldığını xəbər verir.
Riyad və Qahirə adambaşı gəlirə görə dünyanın ən varlı ölkəsi sayılan Qətəri regionda militant islamçıları dəstəkləməkdə ittiham edir. Onların Qətərin gəmiçilik və hava nəqliyyatını blokadaya almış, ölkənin yeganə quru sərhədini bağlamış və yerli əhali arasında panikaya bais olmuşlar.
Son onilliklərdə daha aqressiv xarici siyasət yürütməyə başlamış Qətər militantları dəstəklədiyini inkar edir. Ölkə rəhbərliyi yoxsulluğa qarşı mübarizə və siyasi islahatlar yürütməklə ekstremizmə qarşı mübarizə apardığını deyir.
[caption id="" align="alignnone" width="650"] Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Thani[/caption]
Xarici İşlər Naziri Məhəmməd bin Əbdülrəhman əl Thani qonşu ərəb dövlərlərinin son addımlarını "beynəlxalq hüququn və humanitar qaydaların pozulması" kimi qiymətləndirib.
Qətərdə hazırda 2.3 milyon adam ayaşasa da, onlardan yalnız 300 mini vətəndaşdır. Yerli sakinlərin əksər qismini xarici işçilər təşkil edir. Təbii qazın ixracı sayəsində varlı dövlətə çevrilmiş Qətər 2022-ci ildə Dünya Futbol Çempionatına ev sahibliyi etməyə hazırlaşır.