Əfqan Muxtarlının həyat yoldaşı dindirməyə çağırılıb

Əfqan Muxtarlının həyat yoldaşı dindirməyə çağırılıb
21 İyun 2017
Mətni dəyiş
Azərbaycanlı jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Tbilisi polisinə dindirməyə çağırılıb, bu barədə Apsny.ge saytı məlumat yayıb.
Mustafayeva dəfələrlə bildirib ki, mayın 29-da həyat yoldaşının Tbilisinin mərkəzində oğurlanmasında Gürcüstan hakimiyyətinin əli var.
Eyni zamanda, Mustafayeva iddia edir ki, müşahidə kameralarının görüntüləri istintaq tərəfindən saxtalaşdırılıb və o, obyektiv araşdırma aparılacağına inanmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun