Əfqan Muxtarlının Apellyasiya Məhkəməsində işinə baxılacaq

Əfqan Muxtarlının Apellyasiya Məhkəməsində işinə baxılacaq
6 İyun 2017
Mətni dəyiş
Jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin seçilməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilib. Şikayətə iyunun 6-da Bakı Apellyasiya Məhkəməsi baxacaq.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. O, bildirib ki, jurnalist barəsində həbs qətimkan tədbirinin seçilməsi qərarı əsaslı deyil.
"Biz şikayətimizdə həmin qərarın ləğv edilməsini tələb etmişik. Ədalətli məhkəmə baxışı olarsa, həmin qərar ləğv edilməlidir”.
Apellyasiya şikayəti İlqar Murquzovun sədrlik etdiyi heyətin icraatına verilib. Şikayətə iyunun 6-da saat 12:30-da baxılacaq.
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini olduğu Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Ona Cinayət Məcəlləsinin 3 maddəsi üzrə iş açılıb və məhkəmənin qərarı ilə ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. O, hakim ailə ilə bağlı bir sıra araşdırma yazılarının da müəllifidi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun