Yəməndə vəbadan 250 nəfər vəfat edib

Yəməndə vəbadan 250 nəfər vəfat edib
22 May 2017
Mətni dəyiş
Yəməndə vəba epidemiyası təhlükəsi yaranıb. Son ay ərzində vəba 250 nəfərin ölümünə səbəb olub və hər gün yüzlərlə insan xəstəliyə yoluxur, Save the Children (Uşaqları Xilas Et) xeyriyyə təşkilatı bildirib.
Ümumdünya səhiyyə təşkilatının (ÜST) məlumatına əsasən vətəndaş müharibəsinə bürünmüş ölkədə vəba sürətlə yayılır.
Xəstəliyə yoluxanların çoxu hökumətin fövqəladə vəziyyət elan etdiyi paytaxt Sənada yerləşir.
Birləşmiş Millətlər Təşkilatın (BMT) bildirir ki, Yəmən əhalisinin üçdə ikisinin içməli təmiz su əldə etməyə imkanı yoxdur (təxminən 8 milyon insan). Vəba isə çirkli su və yemək üsulu ilə yayılır.
Xəstəliyin əlamətlərinə kəskin ishal və qusma daxildir.
Xəstəliyin keçidi çox ağırdır və müalicəsiz bir neçə saata ölümlə nəticələnə bilər.
Sərhədsiz Həkimlər təşkilatı vəbanın yayılmasının qarşısını almaq üçün beynəlxalq cəmiyyəti Yəmənə təcili yardım göstərməyə çağırıb.
ÜST bildirir ki, vətəndaş müharibəsi Yəməndə 300 klinika və xəstəxananın məhv edilməsinə səbəb olub.
Yəməndə münaqişə 2015-ci ilin mart ayında intensivləşib.
BMT bu andan sonra münaqişədə əksəriyyəti dinc əhali olmaqla 8 min insanın öldüyünü bildirib.
Vətəndaş müharibəsi səbəbindən Yəmən də 19 milyon insanın humanitar yardıma ehtiyacı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun