19 May 2017
Mətni dəyiş
Həbsdəki satirik şair Tofiq Həsənlinin səhhətində problemlər yaranıb.
Abzas.net xəbər verir ki, bu barədə məlumatı T.Həsənlinin vəkillərindən Elçin Sadıqov verib.
Vəkil bu gün, mayın 18-də şairlə saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində görüşüb.
“Əhvalı yaxşıdır, ancaq səhhətində ciddi problemlər var. Ürək nahiyəsində kəskin ağrılar hiss edir. Müəssisə rəhbərliyinə müraciətlər etsə də onun müayinə edilməsi ilə bağlı addımlar atılmır”, – vəkil bildirib.
Vəkil şairin müalicə olunmasına şərait yaradılmasından ötrü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə müraciət edəcəyini bildirib.
Vəkilin açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.