18 May 2017
Mətni dəyiş
Bu gün Avropa Parlamentinin sədri Antonio Tayani və Aİ Şurasına sədrlik edən Malta DİN başçısı Karmelo Abela Ukraynaya vizasız rejim verilməsi üçün sonuncu sənədi imzalayıblar.
Turan-ın məlumatına görə, mərasimdə Ukrayna prezidenti Petr Poroşenko da iştirak edib. Reqlament imzalandıqdan 20 gün sonra - iyunun 11-dən qüvvəyə minəcək.
Ukrayna vətəndaşarı yarım il ərzində 90 gün müddətinə Şengen zonası ölkələrinə, habelə İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə gedə biləcəklər. Bu zaman vizasız rejim Avropa İttifaqında işləmək və təhsil almaq hüququ vermir.
Ukraynalıların sərhədi keçməsi üçün biometrik pasporta ehtiyacları olacaq, həmçinin qayıdış biletinə, otelin bronlaşdırıldığını təsdiq edən sənədə, qohumlardan dəvətə, tibbi sığorta vərəqəsinə və Aİ-də qalacaqları hər gün üçün 45 avro olmaqla, pula malik olmaları tövsiyə olunur.
Gürcüstan vətəndaşları üçün də belə bir mexanizmin tətbiq edilməsi nəzərdə tutulur.