Ukrayna prezidentinin saytı “Rusiyanın hücumuna” məruz qalıb

Ukrayna prezidentinin saytı “Rusiyanın hücumuna” məruz qalıb
17 May 2017
Mətni dəyiş
Ukrayna prezidenti Petro Poroşenkonun rəsmi saytı Rusiya tərəfindən həyata keçirilən "mütəşəkkil" kiberhücuma məruz qalıb, Ukrayna prezidentinin administrasiyası bildirir.
Haker həmləsilə bağlı yayılan açıqlamada deyilir ki, kiberhücum Rusiya internet resurslarının bağlanılması barədə prezident Petro Poroşenkonun fərmanına cavab olub.
Kiyev Rusiyanın hücumuna aidiyyatı barədə heç bir sübut göstərməyib.
Rusiya Ukraynanın ittihamlarını hələ ki, şərh etməyib. Ukrayna prezident administrasiyası bildirir ki, vəziyyət "nəzarət altında"dır. O, həmçinin "vebsaytın fəaliyyətinə təhlükə olmadığını" qeyd edir.
Çərşənbə axşamı günü Ukrayna prezidenti milyonlarla adamın istifadə etdiyi Rusiyanın internet resurslarına qadağa qoyub.
Bu Krımın ilhaqı və Ukraynanın şərqində davam edən münaqişə ilə bağlı Rusiyaya qarşı mövcud sanksiyaların əhəmiyyətli şəkildə genişləndirilməsi sayılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun