19 May 2017
Mətni dəyiş
Türkiyədə hüquq-mühafizə orqanları müxalif mövqeyi ilə seçilən "Sözcü" qəzetinə qarşı əməliyyat keçirib.
Abzas.net bildirir ki, əməliyyat nəticəsində qəzetin sahibi Burak Akbay, internet üzrə məsul müdiri Melda Olgun, maliyyə məsələləri üzrə müdiri Yonca Kaleli və müxbir Gökmen Ulu həbs ediliblər.
Adı çəkilən şəxslər Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində saxlanılıblar.