Türkiyə nazirinin Hollandiyaya qarşı qaldırdığı iddia təmin olunmayıb

Türkiyə nazirinin Hollandiyaya qarşı qaldırdığı iddia təmin olunmayıb
22 May 2017
Mətni dəyiş
Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Betül Kayanın Hollandiya hökümətinə qarşı qaldırdığı iddia təmin edilməyib.
İddianın səbəbi nazir Fatma Betül Kayanın mart ayında Rotterdam şəhərinə etdiyi səfər zamanı baş vermiş hadisələrlə bağlı olub.
Türkiyədə 16 aprel Konstitusiya referendumu ərəfəsində Fatma Betül Kaya Hollandiyada yaşayan türklərlə görüşmək üçün mart ayının 11-də Rotterdam şəhərinə gəlib.
Lakin Hollandiya polisi Fatma Betül Kayaya türk icması nümayəndələrilə görüşməyə və Türkiyə konsulluğuna daxil olmağa icazə verməyib.
Türkiyəli nazir polislə uzun çəkən danışıqlardan sonra Hollandiyanı yerli türklərlə görüş keçirmədən tərk etməli olub.
De Telegraaf qəzetinin məlumatına görə, Hollandiya höküməti Fatma Betül Kayanın deportasiya edilmədiyini, öz istəyi ilə ölkəni tərk etdiyini bildirib.
Bu səbəbdən, nazirin qaldırdığı iddia təmin olunmayıb.
Kaya, Rotterdama martın 11-də Almaniyadan quru yolla avtomobil korteji ilə gəlib.
De Telegraaf-ın yazdığına görə, ölkəyə daxil olmamışdan əvvəl Türkiyə nazirinə Hollandiyada "arzuolunmaz şəxs" olduğu bildirilərək, ölkəyə gəlməməyi məsləhət görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun