Prezident Donald Trump, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatın rəhbəri vəzifəsinə keçmiş FTB direktorunun xüsusi prokuror təyin edilməsini şərh edib.
"Baş verənlər ölkəmizə dəhşətli zərər yetirir", - Donald Trump deyib.
Prezident seçkilərinə müdaxiləsi iddiaları ilə bağlı istintaq Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Mueller-ə tapşırılıb.
ABŞ Prezidenti Donald Trump bunu tənqid edib: "Bu, Amerika tarixində ən böyük əcinnə ovudur", o cümə axşamı günü tvitləyib.
Bundan bir gün öncə isə o bildirmişdi ki, məsələnin tezliklə sonlanmasını səbirsizliklə gözləyir.
Ədliyyə nazirinin yardımçısı Rod Rosenstein istintaqın kənardan birinə tapşırılmasının "dövlətinin xeyrinə" olduğunu deyib.
Prezident Donald Trump FTB-nin direktoru James Comey-i vəzifəsindən çıxardıqdan sonra müstəqil bir prokurorun təyin olunması istiqamətində çağırışlar artmışdı.
Təyinat qərarı həm Respublikaçı, həm də Demokrat siyasətçilər tərəfindən müsbət qarşılanıb.
FTB istintaqı Trump-ın kampaniya dəstəyilə Rusiya arasında mümkün əlaqələrin araşdırılmasını ehtiva edir.
[caption id="" align="alignnone" width="976"]
James Comey və Donald Trump[/caption]
Yeni bir mərhələyə
BBC-nin Vaşinqtondakı müxbiri Antoni Zurcher deyir ki, "Rusiya məsələsi indi yeni və daha ciddi bir mərhələyə girir".
Zurcher, Mueller-in Vaşinqtonda yaxşı bir etibarı olduğunu vurğulayıb.
BBC müxbiri deyir ki, Mueller texniki olaraq Ədliyyə Nazirliyinə tabe olacaq və Trump-a da məlumat verəcək, amma onun varlığı Trump tərəfindən həzm edilməsi çətin biridir.
Çünki müstəqil prokurorlar tez-tez gözlənilməz nəticələr ortaya qoyur.