Trump-Rusiya əlaqələrinin araşdırlması üçün xüsusi prokuror təyin edildi

Trump-Rusiya əlaqələrinin araşdırlması üçün xüsusi prokuror təyin edildi
18 May 2017
Mətni dəyiş
ABŞ-ın Ədliyyə Nazirliyi mayın 17-də keçmiş FTB direktoru Robert Mueller-i Rusiya və Trump-ın 2016-cı il seçki kampaniyası arasında mümkün koordinasiyanı araşdırması üçün xüsusi prokuror vəzifəsinə təyin edib.
Bu təyinatdan əvvəl Konqresdəki demokratlar və bəzi respublikaçılar siyasətlə bağlı bu təhqiqatın Ədliyyə Nazirliyindən kənar bir şəxs tərəfindən aparılmasına çağırışlar edirdilər.
AzadlıqRadiosunun xəbərinə görə, mayın 16-da açıqlanmış məlumatda deyilirdi ki, ABŞ prezidenti Donald Trump, Ağ Evə gəlişinin birinci həftəsində, FTB direktoru James Comey-dən Rusiyanın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-lə əlaqələrinə dair araşdırmanın dayandırılmasını istəyib.
Çoxsaylı xəbərlərə görə Comey özünün memosunda Trump-ın bu xahişi barədə yazmışdı, lakin Ağ Ev fevral ayında yer almış Trump-Comey görüşü barədə Comey-nin məlumatını inkar etmişdi.
Üç Konqres komitəsi Comey-nin memosunun təqdim olunmasını tələb etmişdi, habelə keçmiş FTB direktoru, Trump-la münasibətləri barədə ifadə verməsi üçün dəvət olunmuşdu.
Bir sıra Konqres liderləri bildirirlər ki, Trump-ın FTB araşdırmasına xitam verilməsi tələbi cinayət tərkibi olan ədalətə mane olunması əməlidir.
Xüsusi prokuror vəzifəsini qəbul etmək üçün özəl hüquqşünaslıq fəaliyyətindən ayrılmalmış Mueller 2001-ci ildə FTB direktoru təyin edilmiş və büroya 11 sentyabr terror aktlarının baş verdiyi vaxt da daxil 2013-cü ilədək rəhbərlik etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun