Trump-ın məsləhətçiləri Kushner barədə suallardan çəkiniblər

Trump-ın məsləhətçiləri Kushner barədə suallardan çəkiniblər
28 May 2017
Mətni dəyiş
ABŞ Prezidenti Donald Trump-ın kürəkəni və baş müşaviri Jared Kushner-in Moskva ilə gizli əlaqə kanalı açmaq istədiyi barədə xəbərlər yayıldıqdan sonra prezidentin məsləhətçiləri onun kürəkəni barədə suallara cavab verməkdən imtina ediblər.
Milli təhlükəsizlik məsləhətçisi HR McMaster hökumətlər arasında gizli əlaqə kanallarının olmasının normal olduğunu deyib.
"Biz bu barədə danışmayacağıq", deyə prezidentin iqtisadiyyat məsləhətçisi Gary Cohn bildirib.
Federal Təhqiqatlar Bürosunun (FTB) 2016-cı il ABŞ prezident seçkilərinə Rusiyanın iddia edilən müdaxiləsinə araşdırma çərçivəsində Cənab Kushner-i də nəzərdən keçirdiyi deyilir.
ABŞ mediası bildirir ki, təhqiqatçılar cənab Kushner-i cinayətdə şübhəli olduğunu iddia etməsələr də, onun təhqiqata əhəmiyyəti olan məlumata sahib olduğunu düşünürlər.
Cümə günü Washington Post və New York Times qəzetləri cənab Kushner-in Rusiya obyektlərindən istifadə edərək ABŞ kəşfiyyatının nəzərindən qaçınmaq üçün Moskva ilə gizli əlaqə kanalı açmağa cəhd etdiyini bildiriblər.
[caption id="" align="alignnone" width="976"]Gen McMaster General-leytenant McMaster deyib ki, gizli əlaqə kanalları digər ölkərlərlə "ehtiyatla əlaqə saxlamağa imkan" verdiyini deyib.[/caption]
General-leytenant McMaster cənab Kushner barədə iddialara birbaşa cavab verməyib, lakin ABŞ rəsmilərinin Rusiya ilə gizli əlaqə kanalı açmasının narahatedici olmadığını deyib.
"Bizim bir çox ölkələrlə gizli kommunikasiya kanallarımız var...bu isə bizə ehtiyatla əlaqə saxlamağa imkan verir. Mən bu barədə narahat olmazdım", o, deyib.
İddialara əsasən, keçən ilin dekabr ayında cənab Kushner Rusiyanını ABŞ-a səfiri Sergey Kislyak ilə söhbətində Moskva ilə gizli əlaqə kanalının açılışını müzakirə edib.
Bu söhbət zamanı cənab Kushner Donald Trump-ın prezidentliyə keçid komandasına işləyirdi və dövlət rəsmisi deyildi.
Washington Post qəzeti bildirir ki, ABŞ dövlət departamentlərinin gizli əlaqə kanalları açmaları nadir deyil, lakin prezidentliyə keçid komandasının bunu etməsi etməsi qeyri-adi bri hadisədir.
Bu iddaanı fərqləndirən digər xüsusiyyəti təklif edilən gizli kanalın Rusiya səfirliyində yerləşən cihazlardan istifadə edərək təşkil edilməsidir, qəzeti vurğulayır.
[caption id="" align="alignnone" width="976"]Kushner and Ivanka Trump Jared Kushner Donald Trump-ın qızı İvanka ilə evlidir.[/caption]
Cənab Trump-ın ilk milli təhlükəsizlik məsləhətçisi Michael Flynn-in Jared Kushner və Sergey Kislyak-ın görüşündə iştirak etdiyi deyilir.
Cənab Flynn Rusiya səfiri ilə əlaqələri barədə Ağ Evə yalan dediyi üçün fevral ayında işindən kənarlaşdırılmışdı.
Cənab Trump-la prezidentin xaricə ilk səfərində iştirak edən General-leytenant McMaster və cənab Cohn-a İtaliyada keçirilən mətbuat konfrasında iddialar barədə suallar verilib.
Lakin cənab Cohn deyib ki, "biz cənab Kushner barədə şərh verməyəcəyik".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun