Trump-dan Pentagon üçün 639 milyard dollarlıq büdcə tələbi

Trump-dan Pentagon üçün 639 milyard dollarlıq büdcə tələbi
24 May 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump-ın Konqresə 2018 maliyyə ili üçün göndərdiyi federal büdcə tələbində Müdafiə Nazirliyi (Pentagon) üçün 64,6 milyard dolları xarici əməliyyatlar fondu olmaqla ümumi 639,1 milyard dollarlıq büdcə tələb etdiyi bildirilib.
Anadolu Agentliyi-nin Pentagon-dan əldə etdiyi məlumatlara görə, Trump 2018 maliyyə ili müdafiə büdcəsini 52,4 milyard dollar artırarkən, ordunun hazırlıqlarına və sərhəd sonrası əməliyyatlara daha çox büdcə ayırıb.
Pentagon-un 2018 büdcəsi çərçivəsində əsgər maaşlarında edilən artım diqqət çəkib.
Pentagon məlumatlarına görə, Trump-ın 2018 maliyyə ili müdafiə büdcəsi hərbi personalın maaşlarında 2,1 %, vətəndaş personalın maaşlarında isə 1,9 % artım edilməsini ehtiva edir.
Söz mövzusu artım sonrasında ABŞ ordusunda 476 min Quru Qoşunları, 327 min Dəniz Qoşunları, 185 min Xüsusi Təyinatlı Dəniz Piyadaları, 325 min Hava Qüvvələri olmaqla 1 milyon 314 min vəzifəli, 815 min 900-ü də ehtiyat qüvvə olmaqla ümumi 2 milyon 129 min 900 hərbi personal olacaq.
Büdcədən Quru Qoşunlarına 137,1 milyard dollar, Dəniz Qoşunlarına 171,5 milyard dollar, Hava Qüvvələrinə 165.5 milyard dollar və sair Müdafiə Nazirliyi xərcləri üçün isə 100,4 milyard dollar ayrılmış olduğu ifadə edilir.
Pentaqon məlumatında büdcənin 64,6 milyard dollarlıq xarici əməliyyat fondu istisna olmaqla, təməl büdcənin 223,3 milyard dollarının əməliyyat və baxım, 141,6 milyard dollarının personal maaşları, 82,7 milyard dollarının araşdırma-inkişaf etdirmə, 11,9 milyard dollarının isə hərbi inşaat işlərinə ayrıldığı göstərilir.
Donald Trump rəhbərliyi Hava, Dəniz və Xüsusi Təyinatlılar büdcəsi çərçivəsində 10,8 milyard dolları 70 ədəd F-35 Lightening II döyüş təyyarəsinin alınmasına ayırarkən, Hava Qüvvələri büdcəsindən ayrıca 3.1 milyard dollar dəyərində 15 ədəd KC-46 Pegasus növü yanacaq doldurma tanker təyyarəsinin alışını nəzərdə tutur.
Əlavə olaraq, Northrop Grunman tərəfindən B-2 təyyarələrinin inkişaf etmiş versiyası olan B-21 Raider tipli uzun mənzilli bombardman təyyarələri üçün də 2 milyard dollar ayrılıb.
Bununla bərabər Quru Qoşunları büdcəsindən 1,4 milyard dollar dəyərində 61 ədəd Apache növü hücum vertolyotu və 1,1 milyard dollar dəyərində 48 ədəd Black Hawk tipli vertolyotun satın alınması nəzərdə tutulur.
Dəniz Qüvvələri büdcəsindən isə ayrıca 5,5 milyard dollar dəyərində iki ədəd Virginia növü dənizaltı, 4 milyard dollar dəyərində iki ədəd Burke növü Aegis destroyer və 1,2 milyard dollar dəyərində sahil təhlükəsizlik döyüş gəmisi alışı nəzərdə tutularkən, Ford növü təyyarə gəmisi proqramına da 4,6 milyard dollar ayrılıb.
Büdcənin geri qalanı isə personal və ailələrinin səhiyyə, baxım, pensiya və rehabilitasiya xərcləri ilə yanaşı təşkilati islahat işlərinə istiqamətli xərclərə ayrıldığı təsbit edilib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun