Təhsil Nazirliyi etirazçı tələbələrlə görüş keçirəcək

Təhsil Nazirliyi etirazçı tələbələrlə görüş keçirəcək
30 May 2017
Mətni dəyiş
"Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanlarının keçirilməsi ilə bağlı elan keçən ilin iyun ayından verilib. Yəni, tələbələrin xəbəri olub".
ADU-nun mətbuat xidmətindən "Report"a bildirilib ki, qəbul edilən qərara əsasən, bu tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunacaq.
Mətbuat xidmətindən o da qeyd olunub ki, bu gün Təhsil Nazirliyinin nümayəndələri ilə tələbələrin görüşü keçiriləcək.
Qeyd edək ki, bu gün ADU-nun tələbələri 7 ildən sonra yenidən dövlət imtahanının bərpasına etiraz olaraq aksiya keçiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun